kreslo00

Ə.A.Zeynallının Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

araz.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamı ilə Bünyad Səməd oğlu Hüseynov Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bundan başqa, Nəsir Natiq oğlu Məmmədov İraq, Qismət Füzuli oğlu Gözəlov isə Türkmənistanda fövqəladə və səlahiyyətli səfir təyin ediliblər.

Həsən Sultan oğlu Zeynalov Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.