Uğurlu insanlar daşınmaz əmlaka və bahalı səyahətlərə milyonlar xərcləyir. Son illərdə milyaderlərin sayı artdığı kimi, ona paralel olaraq şəxsi təyyarələrin də sayı çoxalır. Qeyd edək ki, istənilən şəxsi təyyarə milyonlarla dollara başa gəlir. Təyyarə sahibi olmaq və onu işlək vəziyyətdə saxlamaq isə əlavə milyonlar tələb edir.
araz.az KONKRET.az-a istinadən xəbər verir ki, “TravelRambler” dünyanın ən bahalı şəxsi təyyarələrinin sahibləri ilə bağlı araşdırma aparıb.
Roman Abramoviç – 350 milyon dollar
Rusiyalı milyarder Roman Abramoviç Sovet İttifaqının dağılmasından sonra sərvətini neft, polad və mədənçıxarma şirkətlərinə yatırmaqla qazanıb. Onun şəxsi təyyarələr kolleksiyasına sahib olduğu bildirilir. Bunlardan ən bahalısı 350 milyon dollarlıq “Boeing 787 Dreamliner”dir. Bu təyyarənin geniş yataq otağı, bir neçə vanna otağı və işgüzar naharlar üçün mətbəxi var.
Abramoviçin əvvəlki təyyarəsində raket əleyhinə sistem olub. Çox güman ki, sonuncu “Boeing”də bütün bu imkanlar var. Düzdür, indi rusiyalı milyarder uçuşdan həzz ala bilmir, çünki təyyarə ABŞ hökuməti tərəfindən sanksiyaların bir hissəsi kimi müsadirə edilib.
Dreyk – 185 milyon dollar
Kanadalı reper Dreykin şəxsi “Boeing 767” təyyarəsinin qiyməti 185 milyon dollardır və bir neçə yüz sərnişini qəbul edə bilir. Təyyarədə adi salon əvəzinə dəri stullar, mətbəx və bir neçə vanna otağı var.
Bununla belə, Dreykin təyyarəsi mediada təkcə qiymətinə görə deyil, həm də reperin qısa uçuşları səbəbindən məşhurlaşıb. Məlum olub ki, o, həddən artıq israfçıdır. Belə ki, reper “Boeing”dən 14 dəqiqəlik uçuşlar üçün də istifadə edir.
Kim Kardaşyan – 150 milyon dollar
Erməni əsilli pornoulduz Kim Kardaşyan şəxsi təyyarəsi “Gulfstream G650ER”ə 150 milyon dollar xərcləyib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.