Bir qrup erməni Ağdam – Xankəndi yolunda sülhməramlıların avtomobilinə hücum edib.
araz.az xəbər verir ki, insidenti əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Onlar Rusiya Sülhməramlı Kontingentinə məxsus avtomobildə azərbaycanlı olduğunu iddia ediblər. Hərbçilərdən sənəd tələb edən radikal ermənilərə rus zabiti pasportunu göstərib. Onlar isə üzünü tutan gənc əsgərin kimliyini öyrənməyə çalışıblar.
Sonda avtomobil ərazidən uzaqlaşmaq istəyərkən separatçılar maşına hücum ediblər.
Qeyd edək ki, erməni bloger Mika Badalyan üzünü tutan həmin hərbçinin rus sülhməramlılarının mətbuat xidmətinin fotoqrafı olduğunu deyib.

araz.az xəbər portalı.
araz.az xəbər portalı.