bedel6252018.jpg

Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə sabiq vitse-prezidenti Bədəl Bədəlovun adı son günlər mətbuatın gündəminə xoşagəlməz məsələlərlə bağlı olaraq gəlməkdədir.

araz.az gundemxeber.az-a istinadən  xəbər verir ki, onun qeyri-qanuni yollara baş vuraraq maliyyə imkanlarını xeyli artırdığı, yaxın qohumlarına və ailə üzvlərinə lüks şərait yaratdığı iddia olunur. Məsələn, Bədəl müəllimin oğlu Elçin Bədəlov mütəmadi olaraq yaşadığı bahalı həyat tərzini və sürdüyü bahalı avtomobillərin şəkillərini sosial şəbəkələrdə paylaşmaqla gündəmə gəlmişdi. Məlumata görə, sabiq vitse-prezidentin Binəqədi rayonu «Vorovski» kimi tanınan hazırda M.Rəsulzadə qəsəbəsi adlanan varlılar məhəlləsində tikilmiş evləri, xaricdə tikdirdiyi evləri, turizm şirkətləri və bir neçə digər sahələrə yönəlmiş şirkətləri var. Dəyəri yüz min manatlarla ölçülən maşınlar sürən məmurun oğlunun aylıq qazancı isə təxminən 600-800 manat civarındadır. Maraqlıdır, görəsən Bədəl Bədəlovun oğlu hansı pullarla bahalı həyat tərzi sürür? Hələ bu da hamısı deyil. O, hazırda Bakının qəsəbələrində vətandaşlara məxsus olan əraziləri zəpt edib özü üçün böyük obyektlər tikdirməyə də nail olur.

Beləliklə, bu günlərdə gundemxeber.az xəbər portalının redaksiyasına Suraxanı Rayon Yeni Suraxanı qəsəbəsinin bir qrup sakinləri tərəfindən şikayət məktubu daxil olub. Həmin şəxslərin şikayət məktubunun aktuallığını nəzərə alaraq olduğu kimi çoxsaylı oxucularımızın diqqətinə çatdırırıq:
“Hörmətli redaksiya!
Dövlət Neft Şirkətinin keçmiş vitse-prezidenti Bədəl Bədəlov Suraxanı rayonunun Yeni Suraxanı ərazisində – “Araz” market yaxınlığında vətəndaşların xeyir-şər evi üçün nəzərdə tutulan ərazini zəbt edib, burada qanunsuz tikinti işləri həyata keçirir. Sözügedən ərazidə özü üçün nəhəng ticarət mərkəzi inşa edən Bədəl Bədəlov nəinki vətəndaşların etirazına məhl qoymur, özünü külli-ixtiyar sahibi kimi aparır. Nümayişkəranə şəkildə bildirir ki, o, heç kimdən və heç nədən çəkinmir. Bu işdə Bədəl Bədəlova dəstək verən əsas fiqur isə onun şəriki Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovdur.
Hörmətli redaksiya!
Yeni Surxanı ərazisində xeyir-şər evi ilə bağlı ciddi problem mövcuddur. Əhalinin sıx məskunlaşdığı rayonumuzda xeyir-şər evi tapmaq sözün həqiqi mənasında müşkülə dönüb. Bu səbəbdən də rayon sakinləri hazırda Bədəl Bədəlovun böyük inşaat işi apardığı məkanda müvafiq dövlət qurumlarının dəstəyi ilə xeyir-şər evi tikmək niyyətində idi. Vətəndaşlar bununla bağlı istək və tələblərini Suraxanı Rayon İcra Hakimiyyətinin də nəzərinə çatdırmışdı. Lakin bir neçə gün öncə məlum olub ki, Bədəl Bədəlov bu ərazini də zəbt edib və burada qeyri-yaşayış obyekti ucaldır. Görünür Bədəl Bədəlov gəlirini bir qədər də artırmaq üçün minlərlə vətəndaşı bir kənara qoyub xeyir-şər evi üçün nəzərdə tutulan ərazini zəpt etmək fikirinə düşüb.

Sizdən xahiş edirik ki, problemin işıqlandırılmasına, əlaqədar qurumalrın diqətinə çatdırılmasına köməklik göstərəsiniz. Tələbimiz tikintinin sökülməsi, həmin ərazidə xeyir-şər evinin inşa edilməsidir. Əraziyə baxış keçirsəniz, Bədəl Bədəlovun “işğal faktı” ilə tanış ola bilərsiniz.
Sizə təşəkkür edir, dəstəyinizi gözləyirik.”
Yazıda adıçəkilən xəxslərin də mövqeyini dinləməyə hazırıq.

araz.az xəbər portalı.

 

araz.az xəbər portalı.