Azərbaycanın “Azerspace-2” peyki Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb.
Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, “Azerspace-2” orbitə “Ariane 5” daşıyıcı raketlə göndərilib.
“Ariane 5” yubiley – 100-cü buraxılışında “Azerspace-2” peykindən əlavə, Yaponiyaya məxsus “Horizons 3e” peykini də orbitə çatdırıb.
“Azerspace-2” peykinin siqnalı Avropa, Cənub-Qərbi Asiya, Yaxın Şərq və Afrika ölkələrini əhatə edəcək.
Peyk orbitdə ən azı 15 il qalacaq.
araz.az xəbər portalı.