Fezail-Agamali.jpg

“Ədliyyə nazirliyi tərəfindən Ana Vətən Partiyasının 4 sentyabr 2023-cü ildə qeydiyyata alınması bütün Anavətənçilər tərəfindən böyük sevinclə qarşılandı. Yenidən rəsmi şəkildə qeydiyyata alınmağımız ciddi məsuliyyət deməkdir”.

araz.az xəbər verir ki, bu sözləri adıçəkilən partiyanın sədri Fəzail Ağamalı deyib.

O bildirib ki, prezident İlham Əliyevin siyasi islahatlara xüsusi diqqət yetirməsi və yeni siyasi konfiqurasiyasının aparıcı amilə çevrilməsi özünün əhəmiyyətli nəticələrini verməkdədir:

“Ana Vətən Partiyası yarandığı gündən Nizamnamə və Proqramına söykənərək milli dövlətçiliyimizə sədaqətlə xidmət etməkdədir.

Tam əminliklə qeyd etmək istərdim ki, partiyamız və onun bütün üzvləri qüvvədə olan “Siyasi partiyalar haqqında” qanunun müddəalarına tam əməl edərək, dövlətçiliyimizin möhkəmlənməsinə, onun təməl prinsiplərinin qorunub saxlanılmasına dəyişməz mövqeyini davam etdirəcəkdir”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.