Türkiyənin ilk milli ümumi təyinatlı vertolyotu “Gökbey” uğurla sınaqlardan çıxaırlıb.
araz.az Türkiyə mediasına istinadla xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyi ilə TAI arasında imzalanan müqavilə çərçivəsində hazırlanan “Gökbey” üçün 1 milyard dollarlıq ixrac təklifi gəlib.
Bu barədə TAI baş direktoru Temel Kotil açıqlama verib. O, təklifin hansı ölkədən gəldiyini deməyib, ancaq qeyd edib ki, həmin ölkə ilk etapda 32 “Gökbəy” sifariş edib: “Bu, Türkiyə üçün ciddi bir prestij olacaq”
Xatırlaadq ki, kütləvi istehsalı davam edən və 2023-cü ildə Jandarma Baş Komandanlığına təhvil veriləcək T625 GÖKBEY helikopteri geniş missiyaları sayəsində nəqliyyat, yük, təcili yardımı, axtarış-xilasetmə və dəniz nəqliyyatı vəzifələrini yerinə yetirə biləcək.
“Gökbey”in texniki xüsusiyyətləri belədir:
Uzunluq (fırlanan rotorlarla): 15,87 m
YÜKLƏMƏ: 6050 kq
Maksimum Səyahət Sürəti: 306 km/saat
Xidmət tavanı: 6069 m
Menzil: 740 km (xarici yanacaqla 948 km)
Efir vaxtı: 3.8+ Saat (xarici yanacaqda 5+ saat)
Əsas Rotorun diametri: 13.20 m
Standart yanacaq çəni: 1020 kq
Xarici yanacaq çəni: 280 kq
Baqajın həcmi: 1,1 m3
Ekipaj: 2
Sərnişin: 12
araz.az xəbər portalı.
araz.az xəbər portalı.