muellime
“Yeni mövsümdə Azərbaycan təhsil sistemində yeni müəllimləri görəcəyik”.
araz.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, həmin müəllimlər MİQ-də (Müəllimlərin İşə Qəbulu Müsabiqəsində) yüksək bal toplayanlardır:
“Sertifikasiya ciddi prosesdir və Azərbaycan təhsilində inqilabı dəyişikliklərin başlanğıcını qoyacaq. Burada suallar da maraqlıdır. Düşünürəm ki, bu proses daha da sərt getməlidir. Orta məktəblərdə bilik və bacarıqları şagirdlərin qarşısına çıxmağa uyğun olmayan müəllimlər prosesdən kənarlaşdırılacaq. Bu Azərbaycan təhsil sistemində bilik və bacarıqları olan müəllimlərin həm vəzifə tutmasına, həm də təhsil sisteminin daha bilikli olmasına müsbət töhvəsini verəcək. Sertifikasiya təhsil sisteminin sağlamlaşdırılması üçün atılan bir addımdır. Bizə mütləq şəkildə bilikli kadrlar lazımdır”.
Kamran Əsədov təklif edib ki, sertifikasiya imtahanından keçə bilməyən 743 müəllimlərlə bağlı təcili olaraq araşdırmalara başlanılmalıdır:
“Həmin müəllimləri təhsil sisteminə elə-belə gəlməyib. Onları işə götürənlər tapılmalı və cəmiyyətə açıqlanmalıdır. Cox böyük rəqəm və ciddi noqsanıdr. Təəssüflər olsun ki, hələ orta məktəblərdə belə problem qalır. Həmin müəllimlərin təhsil sistemindən uzaqlaşdırılması kifayət qədər ədalətli bir qərardır”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.