Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində şiddətli yağış yağıb.
araz.az TRT-yə istinadən xəbər verir ki, İstanbul rəsmiləri Başakşehir və Küçükçekmece bölgələrində yağan leysan nəticəsində 2 nəfərin həyatını itirdiyini açıqlayıb.
Daxili işlər naziri Əli Yerlikaya da məlumatı təsdiq edib. O, ölənlərdən birinin xarici vətəndaş olduğunu bildirib.
Nazir sel zamanı 5 nəfərin yaralandığını vurğulayıb.
Bildirilir ki, sel nəticəsində şəhərin bir çox hissəsində binaların zirzəmilərini su basıb, çay kənarında qurulan gecəqondular dağılıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.