Bu ilin yanvar-iyul aylarında “AzerGold” QSC 46.9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
araz.az-ın məlumatına görə, bu barədə “İxrac İcmalı”nın avqust sayında bildirib.
Məlumata görə, şirkətin ixrac gəlirləri ötən ilin eyni dövrünə nisbətən 11,5% və ya 6 milyon dollar (10,2 milyon manat) azalıb.
Belə ki, 2022-ci ilin eyni dövründə isə “AzerGold”un ixracdan gəliri 52.9 milyon ABŞ dolları təşkil etmişdi.
Qeyd edək ki, “AzerGold” bu ilin yeddi aylıq ixracının həcminə görə qeyri-neft sektoru üzrə fəaliyyət göstərən dövlət şirkətləri arasında 4-cü sıradan 5-ci sıraya enib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.