Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayevin ailə üzvlərinə məxsus “Sumner Consulting Limited” şirkəti (QN – 13369164) qeydiyyat ünvanını dəyişib.
araz.az ekonominfo.az-a istinadən xəbər verir ki, Çingiz Abdullayevin gəlini Pərvin Bədəlbəyli tərəfindən (100% paya sahib) 29.04.2021-ci il tarixində Böyük Britaniyanın paytaxtı Londonda təsis edilən şirkətin yeni qeydiyyat ünvanı “167-169 GREAT PORTLAND STREET LONDON England W1W 5PF”də yerləşir.
Konsaltinq və təhsil sektorunda fəaliyyət göstərən şirkətin yeganə direktoru da Pərvin Bədəlbəylidir.
1993-cü il təvəllüdlü Pərvin Bədəlbəyli özü ilə həmyaşıd olan Cəmil Abdullayev ilə 2016-cı ildə ailə qurub. Çingiz Abdullayevin oğlu Cəmil Abdullayev hazırda məşhur investisya şirkəti olan “Schroders”də menecer vəzifəsində işləyir. Cəmil Abdullayev orta məktəbi bitirdikdən sonra – 18 yaşından Londonda yaşayır.
Çingiz Abdullayevin gəlini Pərvin Bədəlbəyli “Sumner Consulting Limited” şirkətindən başqa 27.03.2017-ci ildə Londonda qeydiyyatdan keçən “Raters Group Ltd” şirkətində Baş marketinq direktoru olub. Pərvin Bədəlbəyli bu vəzifədən 14.04.2023-cü il tarixində ayrılıb.
Məlumat üçün bildirək ki, “Raters Group Ltd” şirkəti Aqşin Bədəlov və daha 3 nəfər (Teymur Bağırlı, Tural Qurbanov və Rasim Əliyev) tərəfindən təsis olunub.
Aqşin Bədəlov Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sabiq sədri Akim Bədəlovun oğlu, eyni zamanda da Dövlət Neft Fondunun sabiq icraçı direktoru, hazırda Prezidentin köməkçisi olan Şahmar Mövsumovun bacısı oğludur.
Qeyd edək ki, Çingiz Abdullayev ona ünvanlanan ictimai qınaqlara cavab olaraq ölkədən getmək istədiyini deyib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.