emin emrullayev 768x432

Azərbaycanda 10 ali təhsil müəssisəsi üzrə akkreditasiya qiymətləndirməsinin yeni tədris ilində keçirilməsi nəzərdə tutulur.

araz.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, həmin müəssisələr Bakı Mühəndislik Universiteti (BMU), ADA Universiteti, Tibb Universiteti, Naxçıvan Dövlət Universiteti (NDU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Gəncə Dövlət Universiteti (GDU), Qərbi Kaspi, Bakı Biznes universitetləri, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetidir”(Report).

araz.az xəbər portalı.

araz.az xəbər portalı.