Adnan Oktarın “qara qutusu” sayılan Ece Qoç dünən gecə Silivri Həbsxanasından azad edildib. Oktarın 30 illik müridi olan Ece Qoç-un əhəmiyyətli məlumatlar verdiyi bildirilir.
Adnan Oktarın beynəlxalq lobbi fəaliyyətləri üzrə qadın imam olan Ece Qoçun etirafçı olduğu və 78 səhifə ifadə verdiyi öyrənilib.
UŞAĞINI 25 İLDİR GÖRMÜRDÜ
30 ildir ki, təşkilat içərisində olan Ece Qoç-un Adnan Oktarın göstərişləri əsasında həyat yoldaşından ayrıldığı və uşağını 25 ildir görmədiyi ortaya çıkıb. Dünən Silivri həbsxanasından azad edilən Ece Qoç, 25 ildir görmədiyi oğluna qovuşub.
TƏŞKİLATIN XARİCİ ƏLAQƏLƏRİ HAQQINDA MÜHÜM ETİRAFLAR
Təşkilatın İsrail, ABŞ və FETÖ ilə əlaqələri haqqında mühüm məlumatlar verən Ece Qoç, Türkiyəyə gələn İsrailli ravvinlərlə bağlı etiraflar da edib.
KİÇİK YAŞDA UŞAQLARA TƏCAVÜZ
Ece Qoçun 27 səhifəlik ifadəsində təşkilatın turniket sistemi, qadınları kölələşdirmə və kiçik yaşda qız uşaqlarına təcavüz məsələlərində mühüm etiraflar etdiyi bildirilir.
VƏKİLLƏR VASİTƏSİLƏ TƏŞKİLATI İDARƏ EDİR
İfadəsində, Adnan Oktarın vəkillər vasitəsilə zindandan təşkilatı idarə etdiyini qeyd edən Ece Qoç, vəkillərin həbsxanada olan təşkilat üzvlərinin etirafçı olmaması üçün təlqin etdiyi, aldadıcı vədlərlə baş qatdığını deyib.
Müxalifət.az
araz.az xəbər portalı.