İxrac boru kəmərlərinin mühafizə və müdafiəsini təmin etmək məqsədilə sentyabrın 7-də saat 21:25 radələrində Yevlax rayonu ərazisində, Bakı-Supsa ixrac boru kəmərinin 240,4-cü kilometrində, mühafizə zonasında, piyada müayinə vaxtı xəbərdaredici nişanın yanında sellofan torbaya bükülmüş narkotik vasitə (1,7 kiloqram marixuana və 1 büküm metafetamin maddəsi) Yevlax regional idarəsinin əməkdaşları tərəfindən aşkarlanaraq Yevlax Rayon Polis Şöbəsinə təhvil verilib.

Bu barədə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyindən araz.az-a məlumat verilib.

araz.az xəbər portalı.