Bakı Dövlət Universitetinin 2 saylı korpusunun təmiri artıq başa çatmaq üzrədir. 

araz.az xəbər verir ki, təhsil müəssisəsindən yayılan görüntülər birmənalı qarşılanmayıb. Belə ki, bəzi müəllim və tələbələr korpusun təmiri və dizaynını bəyənməyib.

Təmirdən sonra  Nizaminin “Xəmsə”sinə aid mövzuları tərənnüm edən miniatürlər, divar rəsmləri xüsusi diqqət çəkib. Tələbələrin bir qismi ali məktəbin dizaynını uşaq bağçası ilə müqayisə ediblər.

Qeyd edək ki, BDU-nun 2 saylı korpusunda 15 sentyabrdan dərslərin keçiriləcəyi gözlənilir. /yenisabah.az/

Sözügedən görüntüləri təqdim edirik:

araz.az xəbər portalı.

araz.az xəbər portalı.