Rus.jpgRusiyada yoxsulluq səviyyəsi yüksəkdir, 13,2 milyon insan yoxsulluq həddində yaşayır.

Reyting.az Rusiya mediasına istinadən bildirir ki, bunu Hesablama Palatasının rəhbəri Aleksey Kudrin Dövlət Dumasının iclasında açıqlayıb.

Onun sözlərinə görə, yoxsulluq səviyyəsi yüksəkdir – 19,3 milyon insan, 13,2 milyon nəfərin isə yaşayış minimumundan az gəliri var.

Bundan əlavə, Kudrin deyib ki, 2018-ci ilin nəticələrinə görə, əhalinin real gəlirlərinin son illərdə ilk dəfə artacaq.

“2018-ci ildə biz ilk dəfə əhalinin real gəlirlərinin yüksəldiyinin şahidi olacağıq. Bu ilin səkkiz ayında əhalinin gəlirləri 2,6 faiz artıb”, – Kudrin vurğulayıb.

 

araz.az xəbər portalı.