Sentyabrın 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

araz.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı əsnasında dövlət başçıları regional məsələləri, həmçinin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyəti müzakirə ediblər.

Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

***

Prezident Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

araz.az TRT Haber-ə istinadla xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan G20 sammiti çərçivəsində Nyu-Dehlidə keçirilən beynəlxalq mətbuat konfransında deyib.

Ərdoğan bildirib ki, İlham əliyevlə qarabağ bölgəsi ətrafında yaranan son gərginliyi müzakirə ediblər: “Görüşdə Azərbaycan-Ermənistan münasibətləri və Azərbaycanın Qarabağ bölgəsində baş verən son hadisələr də müzakirə olunub”.

Ərdoğan deyib ki, sabah böyük ehtimalla Paşinyanla görüşü olacaq: “İndi Qarabağda atılan addımlar doğru deyil. Bunu qəbul etmək mümkün deyil. Bölgəni sakitliyə dəvət etməkdən başqa çarəmiz yoxdur”. /mia.az/

araz.az xəbər portalı.

 

araz.az xəbər portalı.