Bu gün Qərbi Azərbaycanla bağlı atılan hər bir addım öz mesajını verir. O ərazilər son qarışına qədər tarixi Azərbaycan torpaqlarıdır və həmin torpaqlarda min illər boyu yaşayan yerli əhalinin yaratdığı tarixi mədəni irs nümunələri  Azərbaycan xalqına mənsubdur.

araz.az xəbər verir ki, u fikirləri hafta.az-a Qərbi Azərbaycan İcmasının rəhbəri, deputat Əziz Ələkbərli bildirib:

“Təəssüf ki, 200 il bundan  əvvəldən başlayaraq bu ərazilərə köçürülən ermənilər azərbaycanlılara məxsus olan mədəni irs nümunələrinin böyük bir hissəsini öz adlarına çıxaraq dünya ictimaiyyətinə təqdim etməyə çalışırlar. Bura Azərbaycan xalqına məxsus xalça, mətbəx, musiqi, memarlıq mədəniyyətivə s. aiddir. Qərbi Azərbaycan İcmasının qəti mövqeyi həmin tarixi ərazilərdə mövcud olan bütün mədəni irs nümunələrinə sahib çıxmaq və dünya ictimaiyyətinə təqdim etməkdən ibarətdir. Son məqsəd erməni yalanlarını, saxtakarlıqlarını sona qədər ifşa eləmək və Qərbi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.