ABŞ-ın silah-sursat dolu 650 TIR-ı bu günə qədər 104 türk əsgərini şəhid edən PKK terrorçusu Azad Sımiyə verdiyi üzə çıxıb.
Axar.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti informasiya yayıb.
Məlumata görə, Türkiyə kəşfiyyatı 650 TIR-ın Deyr əz-Zordakı YPG-çilərə göndərildiyini aşkar edib. Sözügedən TIR-lar Pentaqon hərbçiləri tərəfindən YPG-nin Suriyadakı ikinci adamı, “Çiya Kobani” kod adlı “general” Azad Sımiyə təslim edilib.
Onun 20 ildən çoxdur PKK-nın içində fəaliyyət göstərdiyi, 16 əsgərin şəhid olduğu, 8 əsgərin yaralandığı Dağlıca hücumunu təşkil etdiyi bildirilib. Bundan başqa, Sıminin PKK-nın Türkiyənin sərhəddə yerləşən polis bölmələrinə təşkil etdiyi hücumlar zamanı şəhid olan 104 əsgərin əsas qatili kimi axtarışda olduğu qeyd edilib.
araz.az xəbər portalı.