Avropa İnsan Hüquqları Məhkəməsi PKK terror təşkilatının lideri Abdullah Öcalanın fiziki təzyiq və işgəncəyə məruz qalması iə bağlı şikayətini rədd edib.
Musvavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, qərar yekdilliklə qəbul olunub.
Məhkəmədən verilən açıqlamada Öcalanın vəkillərinin 2010-cu ildə müvafiq şikayət ərziəsi verdiyi qeyd olunub. Həmin ərizədə 2008-ci ildə Öcalanın yatdığı həbsxana otağında axtarış zamanı gözəçtçilər tərəfindən guya onun fiziki təzyiq və işgəncəyə məruz qoyulduğu barədə iddialar yer alıbmış.
Açıqlamada vəkillərin iddalarının əksinə heç bir sübuta rast gəlinmədiyi, Öcalanın həbsxanada axtarış tədbirləri həyata keçirildiyi gün həkim müayinəsindən keçirildiyi, həmçinin ona qarşı heç bir fizki və ya psixoloji təzyiq göstərilmədiyi bildirlib.
Qeyd edək ki, vəkillər öz şikayətlərində Türkiyənin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyanın 2 (yaşamaq hüququ), 3 (işgəncələrin qadağan olunması), 6 (Ədalətli məhkəmə araşdırması hüququ), 13 (Səmərəli hüquqi vasitələri hüququ) və 14-cü (ayrı-seçkliyin qadağan olunması) maddələrinin pozduğunu göstərmişdilər. /Musavat.com/
araz.az xəbər portalı.