Görkəmli tədqiqatçı Nəzir Əhmədli bu gerçəkləri üzə çıxaran ilk alimdir
Ermənistan adlı ölkənin Azərbaycanın tarixi torpaqları olması yönündə uzun müddətdir ki, dövlət səviyyəsində aparılan təbliğatlar, Azərbaycan Milli Elmlər Akademiyasının gündəmə gətirdiyi tarixi sübutlar beynəlxalq birlik üçün çox zaman dəlil-sübut kimi sayılmamışdır. Təbii olaraq, əksər dövlətlər bilərəkdən gözlərini yummaqla erməni diasporunu “potensial seçici” qismində rəncidə etməmək, “xristian qardaşlığı” həmrəyliyi prinsipləri əsasında və digər faktorlara görə buna görə saymazlıqdan gəlirdilər. Ancaq, son illərdə görkəmli tədqiqatçı alim Nəzir Əhmədlinin ortaya qoyduğu “KAMERAL TƏSVİRLƏR” silsilə kitabları nəinki erməni siyasətinə, eləcə də kapitalizm prinsiplərinə hər zaman sadiq olan Qərb dünyasına ciddi şapalaq təsiri bağışlayır. Belə ki, Qərb dünyası, eləcə də onu idarə edən kapitalizmin daim önəm verdiyi tək qonu “TAPU”dur. Bu sözün gerçək anlamını bilməyənlərə onun rus dilindəki ekvivalentini xatırladırıq “КУПЧА”.
Türk torpalqaırının genalogiyasının hüquqi sənədləri
Çarlıq Rusiyası XVIII yüzillikdə İngiltərə, Fransa, Almaniya, Avstriya, İtaliya, İsveç və digər Avropa dövlətlərinin siyasi, iqtisadi, maliyyə, hərbi və digər yardımları sayəsində Krım, Quzey Qafqaz, Volqaboyu, Uralboyu bölgələri bir-bir işğal etməklə Güney Qafqazı da bu projeyə daxil etməyin planlarını hazırlamışdır. Bu barədə Çarlıq Russiyası hərbi səlnamə üzrə tarixçi ailimi Vladimir Solovyevin 6 cildlik, Vasili Tatişevin 8 cildlik, Mixail Karamzinin 12 cildlik əsərlərində yetərincə bilgilər vardır.
XVIII yüzil üçün xarakterik olan işğal olunan ərazilərdə yerli xalqların xristianlaşdırılması siyasətinin Güney Qafqazda tətbiqinin mümkün olunmayacağını 1701-ci ildə I Pyotra xüsusi dosye təqdim olunmuşdu. Fransanın təklifi ilə Güney Qafqazda “xristian əhalisinin sayının artırılması” barəsində geniş tədbirlər planı təqdim edilmişdi. Beləliklə də bu plan 1790-cı illərdən hərəkətə gətirildi. Artıq 1828-ci il işğalının ardınca franssız planının həyata keçirilməsinə başlanıldı. 1830-cu ildən 1994-cü ilə kimi Çarlıq Rusiyası, Sovet Rusiyası və Rusiya Federasiyası adı altında Güney Qafqazda “xristian əhalisinin məskunlaşdırılması və müdafiəsi” planları addım-addım tətbiq olunubdur. Bu iki yüz illik planın başlıca hədəfi və tərkib hissəsi Azərbaycan Türklərinə məxsus tarixi ərazilərin “erməniləşdirilməsi” olmuşdur. Ermənistan adlı qondarma dövlət beləcə hüquqi status qazana bilmişdir. “Dağlıq Qarabağ” və onun ətraf bölgələrinin işğalı və ilhaq ediıməsi siyasəti bu günə kimi öz hüquqi statusunu əldə edə bilməyib. Bunun əsas səbəbi isə, 1991-ci ildə Azərbaycan Milli Mücadiləsinin sonucu kimi əldə edilən dövlət müstəqilliyi və onun dərhal BMT tərəfindən tanınmasıdır. Erməni ekspansionizminin qarşısını almaq üçün, Azərbaycan tərəfi ötən 28 ildə çox səylər göstərsə də, bütün bunlar təşəbbüs olaraq qalır. Çünki, Azərbaycanın tarixşünaslıq elmini beynəlxalq müstəvidə öz çiyinlərində daşıya biləcək dünya səviyyəli elm xadimlərimiz və siyasi liderlərimiz yox dərəcəsindədir. O zaman yaranmış böhranlı durumdan çıxış yolu nədədir? Bu suala ilk cavabı görkəmli tədqiqatçı alim Nəzir Əhmədlinin apardığı elmi tədqiqatlar və ortaya qoyduğu TAPU sənədləridir. Belə ki, onun son illərdə çap etdirdiyi və Çarlıq Rusiyası imperiyasının Azərbaycan xanlıqlarını işğalından sonra tərtib olunmuş “Kameral təsvir” sənədlərinin ortaya çıxarılması ciddi elmi dəlillərdən birincisidir. “Dərələyəz mahalının kameral təsviri. 1831-ci və 1842-ci illər” (2017) və “Göyçə mahalının kameral təsviri. 1831-ci və 1842-ci illər” (2017) müəllifin tərcümə və tərtib etdiyi, ön söz yazdığı kitablar elmi dairələrdə yüksək qiymət almışdır. Bununla yanaşı, müəllifin dərc etdirdiyi “İrəvan şəhərinin kameral təsviri” (I cild) kitabı müstəsna əhəmiyyət daşıyır. Əldə etdiyimiz bilgiyə görə yaxın zamanda “Ağbaba və Şörəyel bölgələrinin kameral təsviri” adlı kitab da nəşrə hazırlanır. Müəllifin 2017-ci ildə dərc etdirdiyi “Haqq-nahaqq seçilər haqq divanında” kitabı çox böyük rezonansa səbəb olmuşdur. Əsərdə XIX yüzil aşıq sənəti korifeylərimiz Ağ Aşıq, Şair Məmmədhüseyn, Aşıq Alı və Aşıq Ələsgərlə bağlı ən ciddi faktlar elə bu kitabda yer almışdır.
Elm peşəkarlığı və hüquqi əsasları sevir
Bu gün min dəfələrlə təəssüflər olsun ki, Nəzir Əhmədlinin qondarma Ermənistanla bağlı araşdırmaları, dərc etdiyi kitablar bir çoxlarının yuxusuna haram qatıbdır. Belə ki, son illərdə Ermənistan adlı bölgədəki yurd yerlərimiz, onun tarixi, elmi-mədəni mühiti, memarlığı, xalqımızın qəhrəmanlıq səlnaməsi və digər faktlarla bağlı başdan başa təhriflərlə dolu çoxsaylı maklatura ədəbiyyatı yaranıb. Bütün bu cızmaqaralar əslində tarixin saxtalaşdırılması, digər yandan isə elmi həqiqətlərə söykənməyən, bir çoxlarının sadəcə dolanışıq və gəlir mənbəyinə çevrilb. Bu qədər qəddarcasına və parazitcəsinə həyat tərzindən utanmaqdansa, Nəzir Əhmədlinin ortaya qoyduğu tarixi həqiqətlərə qarşı ermənilər qədər şər-böhtan atmağa, şər-şəbədə qoşmağa cəhd edirlər. Unutmaq olmaz ki, elm və həqiqətin yanında plagiatlıq, saxta dəlillərlə tarix yazmaqla uzağı beş gün zaman qazanmaq olar. Gec-tezi əsil gerçəklər üzə çıxacaqdır. Necə ki, Nəzir Əhmədli kimi böyük bir araşdırmaçı günlərin birində həmin saxtakarları elmi dəlil və sübutlarla ifşa edəcək əsərləri həqiqətə işıq salmağa başlayıb. Nəzir Əhmədli bu əsərləri yazmazdan öncə yaradıcılıq məsələsində böyük bir proses keçib. Ən azından onun qələmindən çıxmış “Milli Məclisdən etüdlər” (1996), “Biz sözü seçdik” (1997), “Mustafa Kamal Atatürk” (2002), “Həyat filosofu” (2003), “Etnik dinlər və dünya dinləri” (2003, H.İmanov və A.Əhədovla birlikdə), “Professor Sadıq Tural” (2006, akademik Nizami Cəfərovla birlikdə), “Gabud və gabudlular” (2016) kitablarını oxumaq lazımdır. Nəzir Əhmədli həmin kitabları, son iki ildə dərc etdirdiyi kemral təsvir əsərlərini alnının təri ilə şəxsi vəsaiti hesabına dərc etdiribdir. Təmənnasız olaraq bu əsərləri elmi ictimaiyyətə, respublikamızın və ölkəmizin hüdudlarından kənardakı kitabxanalara hədiyyə edib. Bir qəpik də olsun təmənnası olmamışdır.
Kameral təsvir mövzusunda əsər yazmaq tarixi və hüquqi məsuliyyətdir. Ona görə ki, tarixin, nəsillərin və yüzminlərlə insanların taleyinə olduqca həssaslıq göstərilməlidir. Kameral təsvirlərin siyahısını və cədvəlləri, yurd yerlərinin linqvistik baxımdan düzgün ifadə olunmasını, hər bir coğrafi məkanın dəqiqliyi ilə göstərilməsi elmi savadla yanaşı, uzun illərin həyat təcrübəsinin olması vacib məsələlərdən biridir. Nəzir Əhmədli məhz bu keyfiyyətlərinə görə indiki Ermənistan ərazisində yurd yerlərimiz və soydaşlarımızın tarixi epopeyasını doğru-düzgün yaza bilmişdir. O ixtisasca kimyaçı-riyaziyyatçı olduğu üçün bir alim kimi hər bir işi riyazi dəqiqliklə ifadə etməyin sirlərini bu gün ona böhtan atanlardan daha dərindən bilir. O, yaradıcılı fəaliyyətinə nə dünən, nə də bu gəlməyib. Ən azından onun elmi və yaradıcılıq bioqrafiyası sübut edir ki, Nəzir Əhmədli kimdir. O, jurnalistikaya 1990-cı ildə “Azadlıq” qəzetində “Moskvanın Bakı təbliğatçısı” məqaləsi ilə gəlib. 1992-1998-ci illərdə “Millət” qəzetində müxbir, şöbə müdiri, baş redaktorun birinci müavini, 1996-1998-ci illərdə isə “Millət” qəzetinin baş redaktoru olub. 1998-2000-ci illərdə “Xəbər” qəzetinin baş redaktoru kimi fəaliyyət göstərib. 1997-ci ildə Təbriz səfərində Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqani ilə görüşərək və onun ətrafında informasiya blokadasını yaran ilk Azərbaycan jurnalistidir. Həmin hadisələr baş redaktoru olduğu “Millət” qəzetində “Təbriz əfsanəsi” məqaləsində ətraflı təsvir olunub. Bütün bunlar onun yaradıcılıq bioqrafiyasının quru rəqəmlərlə görünən tərəfidir.
TAPU millətin əlində ən ciddi hüquqi sənəddir
TAPU sənədi sayəsində indiki Ermənistan adlı əraziyə, bu torpaqlara əcdadlarının məzarı olan hər bir Azərbaycan Türkü dədə-babasından miras qalmış tarixi torpaqları beynəlxalq məhkəmə vasitəsilə sahib çıxmaq hüququnu əldə edə bilər. Kim bununla bağlı ciddi ilgilənirsə, Nəzir Əhmədlinin “Dərələyəz mahalının kameral təsviri. 1831-ci və 1842-ci illər” (2017), “Göyçə mahalının kameral təsviri. 1831-ci və 1842-ci illər” (2017) və “İrəvan şəhərinin kameral təsviri” (I cild) kitablarına, eləcə də bundan sonra nəşrə hazırlanan digər kitablarına müraciət edə bilər. Nəzir Bəyin səhəti, özəlliklə də şəkər və göz damarlarındakı kapilyar damarlarına yığılan qan xəstəliyindən əziyyət çəksə də, bu yolda yorulmadan gecə-gündüz çalışır və elmi tədqiqatlarını vaxtında oxuculara, elmi ictimiayyətə çatdırmağa cəhd edir.
Bu yaxınlarda onun hazırladığı “Qazax mahalının kameral təsviri” fundamental əsərinə görə imkansızlıq ucbatından varlı qazaxlılara çoxsaylı müraciətlərinə baxmayaraq, onların heç biri yaxın durmaq istəmir. Qələm dostumuz, gözəl şair, Qazaxda hamı tərəfindən çox sevilən Vəli Xramçaylının bu yöndə göstərdiyi bütün təşəbbüslər də boşa çıxıb. Gündə saunalarda 10 kitabın parasını eşy-işrətlərə xərcləyən qazaxlıları hər kəsdən daha çox bu sətirlərin müəllifi qınayır. Ona görə ki, Qazaxın adına layiq olmanın elmi və etnokulturoloji yöndə fundamental düsturu ilk dəfə biz irəli sürmüşük. Buna görə kimsədən təşəkkür gözləməmişik. Ancaq, tarixi məsuliyyəti dərk edərək, kameral təsvir əsərinə biganə yanaşmağı əsla bağışlamaq olmaz. Görəsən onlar milli şairlərimiz Səməd Vurğunun və Osman Sarıvəllinin, dahi yazıçımız İsmayıl Şıxlının, ilk dəfə anadilli ədəbiyyata dönüşün banisi Molla Pənah Vaqifin ruhundan utanmırlarmı?
Nəsir Əhmədlinin tədqiqatlarında yer alan TAPUlar milli qürur mənbəyimizdir. Kim bunu anlamırsa, dərk etmirsə, deməli ya qafası pozulmuş, ya tamamilə savadsızın birisidir, ya da genetikasında şübhəli əlamətlər vardır.
TAPU sənədlərini zərgər dəqiqliyi ilə əsərlərində qeyd edən Nəzir Əhmədli faktiki olaraq bütöv bir elmi tədqiqat institutunun işini təkbaşına görür. Həmin əsərlərdə yer alan tarixi yurd yerlərimizin kameral təsvirində əhalinin adbaad siyahısı, milli tərkibi və sayı verilib. Təbii ehtiyatlar, heyvanat və bitki aləmi, dağlar, çaylar, göllər, yollar, yerli əhali qismində soydaşlarımızın məşğuliyyəti, vergilər və sairlər barədə zərgər dəqiqliyi ilə bilgilər qeyd olunub. Hər bir toplum o zaman yaşadığı torpağa vətən deyə bilir ki, əcdadlarının məskən saldığı ərazilərin gerçək sahibi kimi onunla qürur duysun. 1812-ci ildən üzü bu yana, Çarlıq Rusiyası, Sovet Rusiyası və Rusiya Federasiyası adlı imperiya metropoliya siyasəti biz Azərbaycan Türklərinin tarixi torpaqlarımızı işğal etməklə yetinməmiş, həm də ərazilərimizdə yad xalqların məskunlaşması doktrinasını həyata keçirmişdir. Bununla yanaşı, anneksiya strategiyasının şərtləri daxilində dədə-baba yurdlarımızı mümkün qədər unutdurmağa çalışmışdır. Hətta heç nə olmamış kimi özünə və milli satqın-sapqınlarımızın vasitəsilə haqq qazandırmaq yönündə dərin siyasətlər yürüdüb.
Bütün bunlara qarşı milli dirəniş yolumuz TAPUlarımıza sahib çıxmaqdan keçir. Nəzir Əhmədlinin dərc etdiyi kameral təsvir kitablarının məntiqi və mahiyyəti bundan ibarətdir.
Ənvər BÖRÜSOY
araz.az xəbər portalı.