ferhad1.jpg

Teymur Əhmədov adına “AzNar” QSC restrukturizasiya edilməsi ilə bağlı xəbərlər yayılıb.

araz.az Ölkə.az-a istinadla xəbər verir ki, QSC-nin əmlakı və onun törəmə müəssisələrinin əmlakı bazasında, o cümlədən “AzNar” QSC-dən ayrılma şəklində yeni təsərrüfat subyektləri yaradılır:
“Yaradılacaq təsərrüfat subyektlərinin əmlakının dəyərinin, nizamnamə kapitalının məbləğinin və tərkibinin, mülkiyyətçisinin, təşkilati-hüquqi formasının və s. müəyyən edilməsi, ümumiyyətlə bu qərarın icrası ilə bağlı bütün zəruri hərəkətlərin yerinə yetirilməsi direktorlar şurasına həvalə edilir ki, “AzNar” QSC-nin majoritar səhmdarı Azərbaycan əsilli iş adamı Fərhad Əhmədovdur. QSC-nin 99,95%-i Əhmədov Fərhad Teymur oğluna, 0,05%-i 25 minoritar səhmdara məxsusdur”.
Məsələ ilə bağlı milyarder Fərhad Əhmədovun mətbuat katibi Müşfiq Əlizahid Bakupost.az -a açıqlama verib.
O, şirkətdə belə bir parçalanmanın olduğunu təsdiqləyib:
“Bəli, belə bir məsələ var, proses davam edir. “AzNar” böyük bir şirkətdir. Oraya Göyçaydakı araq, şərab zavodları, İsmayıllıdakı “Kənd” MMC, yəni balıqçılıq, arıçılıq və s. təsərrüfatları, həmçinin, otel və restoranlar daxildir.
Bunlar hamısı bir mərkəzdən idarə olunurdu. Amma artıq ayrılır. Bu da idarəetməni daha rahat etmək üçün görülən tədbirlərdən biridir. Təəccüblü bir şey yoxdur, biznesdə normal bir prosesdir”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.