Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində İran prezidenti Həsən Ruhani ilə görüşüb.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, görüş zamanı ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişafı və Avrasiya İqtisadi İttifaqı ilə azad ticarət zonasının yaradılması məsələləri müzakirə olunub.
Bu mənada, iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində addımlar atılmasının vacibliyinə diqqət çəkən Paşinyan, İranla Ermənistan arasında illərdir kağız üzərində qalan və icrası üçün maliyyə tapılmayan, daha doğrusu, Tehranın reallaşmasında maraq göstərmədiyi layihələrin həyata keçirilməsi üçün səmərəli mühitin yaradılacağına ümid etdiyini bildirib.
Ermənistan baş nazirinin sözlərinə görə, iki ölkə arasındakı hazırkı potensial indikindən daha çox nəticələrə nail olmağa imkan verir və bunun üçün qarşılıqlı addımlar atılmalıdır.
Bununla da, perspektivsiz və paslanmış iqtisadi, nəqliyyat-loqistika layihələrində əməli iş prosesinə start verilməsi üçün Paşinyan İran prezidentindən maliyyə ayırmasını xahiş edib. Lakin Ruhani söhbətdən yayınaraq Paşinyanı başından edib və bildirib ki, BMT kluarları iqtisadi əməkdaşlığın genişləndirilməsini detallı müzakirə etmək üçün heç də münasib yer deyil.
araz.az xəbər portalı.