“Kürdəmir Şərabları ENR” MMC-nin rəhbərinin ölkədən çıxışına stop qoyulub.
araz.az xəbər verir ki, bu barədə Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazova qətnamə çıxarıb.
İş materiallarından məlum olur ki, “Kürdəmir Şərabları ENR” MMC-nin külli miqdarda vergi borcu olub.
MMC borcu ödəmədiyinə görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi xüsusi icraat qaydasında məhkəməyə ərizə ilə müraciət edib və qurumun ərizəsi təmin olunub.
“Kürdəmir Şərabları ENR” MMC 19 fevral 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN, qanuni təmsilçisi isə Kərimov Eltun Ələkbər oğludur.
Şirkətin bu günə olan vergi borcu 267 770,73 AZN təşkil edir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.