Qərbi Azərbaycan İcmasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Cəfərova mütəmadi olaraq Naxçıvan ərazilərində məskunlaşmış həmyerlilərimizlə görüşür.
araz.az xəbər verir ki, növbəti görüş Ordubad rayonunun Aza kəndində olub.
Aytən Cəfərova Aza kəndində məskunlaşmış Qərbi Azərbaycandan qaçqın düşən soydaşlarımızla görüşərək onlarla həm qaçqınlıq dövründən əvvəlki – Qərbi Azərbaycandakı həyatları, həm də qaçqın düşəndən sonrakı güzəranları haqqında söhbət aparıb. Tədqiqatçı söhbət zamanı bu insanların özləri ilə gətirdikləri etnoqrafik əşyalarla da tanış olub. Onların qədim tarixi barədə məlumatlar əldə edib. Qədim məişət mərasimləri ilə bağlı əşyalar: gərdəkbənd, dəsmalasılan, xalçalar, kilimlər, saxsı və şirli qablar, onların üzərlərindəki nəbati və həndəsi naxışlar barədə Aza kəndində məskunlaşan qərbi azərbaycanlıların yaddaşlarında qorunan maraqlı məlumatlarla tanış olub. /nuhcixan.az/
araz.az xəbər portalı.
araz.az xəbər portalı.