Sverdlovsk vilayətində iş adamı təsadüfən zibil əvəzinə 6 milyon rubldan çox pulu atıb.
araz.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Sredneuralsk şəhərində baş verib. Həmin gün iş adamı hesabına 6,3 milyon rubl (təxminən 114 min manat) yatırmaq istəyib. Ancaq maşını ələk-vələk etsə də, pulu tapmayıb.
Bundan sonra o, polisə müraciət edib. İki gün sonra yenidən polisə gələrək pulu zibillə qarışdırdığı üçün özü atdığını, lakin bunu həmin gün xatırlamadığını deyib.
Hazırda polislər atılan pulları axtarır./Lent.az /
araz.az xəbər portalı.
araz.az xəbər portalı.