Uqandalı biznesmenin toy şənliyi bütün dünyada maraqla qarşılanıb.

araz.az xarici mətbuata istinadən xəbər verir ki, olay bu ölkənin Buqereka şəhərində yaşanıb.

İş adamı Saalonqo Nsikonenne Habib Sseziqu eyni gündə 7 qadınla evlənib. Nsikonenne bu addımı ilə rekord qırıb.

Uqandalı biznesmen Saalonqo Nsikonenne Habib Sseziqunun evləndiyi qadınlardan ikisi yaxın qohumudur.

Sabah saatlarında gəlinlərin salona götürülməsi ilə başlayan toy günü maraqlı anlarla yaddaşlarda qalıb.

Hər gəlin adının yazıldığı özəl nömrələrin olduğu “Super Custom” avtobuslara yerləşdirilib.

Evlilik andı içdikdən sonra işadamı və 7 arvadı üçün velosipedlərlə keçid mərasimi keçirib.

Konsertlə başlayan toy şənliyinə avtomobil karvanları bayram havası qatıb.

İşadamı Habib arvadlarının hər birinə yeni model avtomobil alıb.

Gəlinlərin hər birinin adlarının yazıldığı kreslolar hazırlanıb.

Nsikonnene şənlik zamanı arvadlarının ona sadiq olması ilə öyünüb.

“Onları ayrı-ayrı tanış etdim və böyük, xoşbəxt bir ailə qurmaq üçün hər biri ilə eyni anda evlənməyə qərar verdim. Arvadlarım öz aralarında qısqanclıq etməzlər. Mən hələ gənc adamam və Allahın izni ilə bunun son olacağını söyləyə bilmərəm”, – deyə işadamı Habib söyləyib.

Habib bu evlilik addımı ilə Uqandada çoxlu sayda qadınla evlənmə rekordu qıran kişi kimi qeydlərə düşüb. /Gununsesi.info/

araz.az xəbər portalı.

araz.az xəbər portalı.