Azərbaycanda 40-a yaxın qeyri hökumət təşkilatının dövlət qurumlarından, o cümlədən QHT-lərə Dövlət Dəstəyi Agentliyindən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSM) aldıqları qrant vəsaitlərinin xərclənməsindəki korrupsiya hallarını araşdırır.
araz.az bildirir ki, bu barədə Gununsesi.info-ya QHT sektorundakı mənbə məlumat verilib.
Qeyd olunur ki, yoxlamalar Hesablama Palatasının bir neçə il əvvəl sözügedən qurumda aşkara çıxardığı qanun pozuntuları ilə bağlı Baş Prokuoroluğa göndərdiyi müraciət əsasında aparılır.
Mənbə bildirib ki, tanınmış QHT-lərin bir neçəsi ƏƏSM-dən aldığı vəsaitləri düzgün xərcləməyib, təqdim olunan maliyyə sənədlərində ciddi çatışmazlıqlar var.
Bir müddətdir, onlar Prokurorluğun istintaq idarəsinə dəvət edilərək dindirilir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.