“Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Statutunu ratifikasiya etmək üçün parlamentə göndərib. Azərbaycan heç bir halda Roma Statutuna qoşulmalı deyil. Bu, bizim üçün çox ağır nəticələrə gətirə bilər. Həm də bu halda onlarla qanun və məcəllə dəyişməli, Konstitusiyanın bir neçə maddəsində göstərilən toxunulmazlıq statusu ləğv olunmalıdır”.
araz.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov deyib.
O bildirib ki, Ermənistan Statutu ratifikasiya edən kimi onun geriyə şamil olunması barədə bəyanat təqdim edəcək:
“Ermənistan həmçinin ötən ilin sentyabr hadisələri ilə bağlı Azərbaycanın siyasi və hərbi rəhbərliyinə qarşı cinayət işinin açılmasını tələb edəcək. O, bu addımı ilə Rusiyaya ciddi bir demarş etmiş oldu. Ratifikasiyadan sonra Rusiya Prezidenti Ermənistana gələ bilməyəcək. Əlbəttə, Ermənistan Statutun 98-ci maddəsini əsas götürərək Rusiya vətəndaşlarına münasibətdə Statutun tətbiq edilməməsinə dair Moskva ilə müqavilə bağlaya bilər. Amma bu Rusiya dövləti üçün alçaldıcı bir hərəkət olar. Ruslar çətin ki, bu təklifi qəbul etsin. Beləcə regonda yeni bir münaqişə ocağı alovlandırılır. Axıradək gözləmək lazımdır. Ermənistan bəlkə Rusiyaya təzyiq üçün edib. Bəlkə parlament ratifikasiya etmədi. Gözləmək lazımdır”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.