İllərdir Rəqabət Məcəlləsinin qəbul olunması gözlənilsə də, hər il bu məsələ ertələnir. İndi isə yeni Rəqabət Məcəlləsi Milli Məclisə daxil olub. Bəs haqqında bu qədər müzakirələr aparılan qanun qəbul olunsa, hazırkı biznes mühitində hansı dəyişikliklər yaradacaq?
araz.az valyuta.az-a istinadən xəbər verir ki, iqtisadçı Toğrul Vəliyev Valyuta.az-a açıqlamasında bildirdi ki, Rəqabət Məcəlləsinin qəbul olunması mövcud qanunvericiliyin dəyişməsi demək deyil: “Hazırda onsuz da antiinhisar qanunvericiliyi mövcuddur və onun tələbləri müəyyən formada Rəqabət Məcəlləsinə daxil ediləcək. Sadəcə bu, mövcud sahədə olan qanunvericiliyi tamamilə birləşdirəcək və sadələşdirilmiş formada olacaq. Ümumilikdə, Rəqabət Məcəlləsinin qəbul olunmasının nəyisə dəyişəcəyini zənn etmirəm. Mövcud qanunvericilik necə tətbiq olunursa, o da eyni tərzdə tətbiq ediləcək”.
“Qanunvericilik və ya müəyyən müddəaları ictimaiyyətə açılsa, müzakirələr aparılsa, hər hansı dəyişikliyin olacağı haqqında fikir söyləmək olar. İndiki halda isə mən hər hansı müzakirə görmürəm. Bu məcəllənin Milli Məclisə daxil olması hələ heç bir şey demək deyil” – deyə iqtisadçı dedi.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.