Məlumat üçün bildirək ki, 1996-cı ildə tarixi sosial ədaləti təmin etmək üçün ulu öndər Heydər Əliyev tərəfindən 1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq özəlləşdirmə çeki verilib
Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Belə ki, özəlləşdirmə çeklərinin üzərində “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” yazılıb. Bu çeklərin hər birinin dəyəri eynidir. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır. 1997-ci ildə Əmlak Komitəsinin 222 nömrəli əmri ilə bir özəlləşdirmə payının qiyməti 2000 ABŞ dollarında hesablanıb.
araz.az poliqon.info -ya istinadən xəbər verir ki, Heydər Əliyevin “ÖZƏLLƏŞDİRMƏ QANUNU”nun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli fərmanı isə qanunla qoyulmuş qaydada hər vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərini dövlət öhdəliyi olaraq vətəndaşlara paylayaraq 1-cili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu fərmanla təsdiq olunmuş “Özəlləşdirmə Çekləri haqqında Əsasnamə”nin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub. Fərman NƏ hüquq verə, NƏ DƏ qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən fərmanla özəlləşdirmə çeklərini dövriyyədən çıxarmaqla aparılan özəlləşdirmə xalqa qarşı CİNAYƏTDİR!
Mövzu ilə bağlı iqtisad elmləri doktoru Əhməd Qəşəmoğlu Poliqon.info-a açıqlamasında bildirib ki, əlində özəlləşdirmə çeki qalmış insanların hüquqları müdafiə olunmalı və onlara kompensasiya ödənilməlidir:
“1997-ci ildə dövlət özəlləşdirmə payları (çekləri) veriləndən sonra xarici investorların iştirak etməsi üçün opsionların qiymətini təyin edən DƏK-in 1997-ci il tarixli 222 saylı əmrindən belə məlum olur ki, Ulu Öndərin hər vətəndaşa verdiyi hər bir dövlət özəlləşdirmə çekinin nominal dəyəri 500 Amerika Birləşmiş Ştatları dolları, hər bir payda 4 çekin olduğunu nəzərə alsaq, bir payın dəyəri isə 2000 Amerika Birləşmiş Ştatları dolları olub. Məlumdur ki, dövlətin iqtisadi siyasəti onun qəbul etdiyi qanunlarla tənzimlənir. Son 25 il ərzində baş verən inflyasiyanı nəzərə alsaq, bu gün hər bir özəlləşdirmə payının əmlak ekvivalentinin dəyəri 10 dəfə artaraq 20 000 ABŞ dolları hesablana bilər.
Özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Real dəyər olaraq dövlətin ümumi özəlləşdirilə biləcək əmlaklarının dəyəri 200 milyard manatdırsa, bunun 65 faizini götürsək, 130 milyard manat vəsait edir. Bu gün təxminən 1 milyon 600 min özəlləşdirmə payı əllərdədir (Hər payda 4 ədəd özəlləşdirmə çeki var) və istifadə olunmayıb. Bu isə 81 min manat real əmək ekvivalenti edir. Yəni hazırda hər dövlət özəlləşdirmə payına düşən əmlak ekvivalentinin real dəyəri 81 000 manatdır”.
QHT nümayəndəsi Büllur Məmmədova isə vurğulayıb ki, bu il özlləşdirmə çekləri ilə bağlı problemin həll olunacağına ümid yüksəkdir:
“Hesab edirəm ki, bu ilki “Heydər Əliyev ili”ndə Ulu Öndərin imzası ilə paylaşılan çeklərin hansısa formada istifadəsinə şərait yaradılacaq. Çünki çek sahiblərinin Konstitusiya Məhkəməsinə və müvafiq orqanlara etdiyi müraciətlərin effektiv nəticə verəcəyinə inanırıq. Xahiş edirik ki, sözügedən problem araşdırılsın və hüquqi qiymət verilsin. Çox istərdim ki, bütün millət vəkilləri bu problemi parlamentdə müzakirəyə çıxarsınlar. O vaxtı fərman imzalananda çeklərin istifadəsinə hansısa müddət qoyulmamışdı. Ona görə də özəlləşdirmə çeklərinin tədavülü ilə bağlı sonuncu dəfə 2011-ci ilin müəyyən olunması doğru deyil. Hər bir vətəndaşa verilən və 4 çekdən ibarət olan özəlləşdirmə çekinin arxasında bir mülkiyyət dayanır. Bu isə çeklərin müəyyən iqtisadi imkanlar yaratdığını göstərir. Əlində çeki qalan vətəndaşların pul və ya hansısa hissə müqabilində hüquqları bərpa olunmalıdır”.
Özəlləşdirmə çekləri ilə bağlı geniş məlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz:
https://m.facebook.com/groups/668471343515846/posts/1577668382596133/
Dövlət özəlləşdirmə payı (çeki) sahibi olan bir qrup Qarabağ müharibəsi və əmək veteranının Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə MÜRACİƏT ilə tanış ola biləriniz:
https://www.qanunla.az/diqqet-prezidente-ikinci-muraciet-fotolar-2/
Qarabağ müharibəsi və əmək veteranlarının Prezident Adminstrasiyasına MÜRACİƏT ilə tanış olun:
https://www.qanunla.az/muharibe-veteranlarindan-prezident-adminstrasiyasina-muraciet-fotolar/
Konstitusiya Məhkəməsinin ekspertlərinin araşdırmasına qulaq asmağınızı tövsiyə edirik:
araz.az xəbər portalı.
araz.az xəbər portalı.