Piyadalardan biri yolda üzləşdiyi problemin fotosunu qeydə alaraq sosial şəbəkədə paylaşıb. araz.az avtosfer.az-a istinadən xəbər verir ki, söhbət paytaxtın Afiyəddin Cəlilov küçəsindən gedir. Məlumatı paylaşan şəxs bildirir ki, hər dəfə yağış yağandan sonra sözügedən küçədə səkilər keçilməz olur. Suyun axarı olmadığı üçün səkilərdə böyük gölməçələr əmələ gəlir. Hərəkət etməyə yer olmadığı üçün, insanlar ya ot olan yerlərlə getməyə məcbur olur, ya da avtomobil yolu ilə hərəkət etməli olurlar. Uşaq arabası ilə gedənlərin həyatı daha da təhlükə altında olur.
Ümid edirik ki, aidiyyəti qurumlar mövcud problemlə bağlı bir tədbir görəcək.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.