“AGBank” Açıq Səhmdar Cəmiyyəti (ASC) barəsində inzibati protokol tərtib olunub.
araz.az valyuta.az-a istinadən xəbər verir ki, bank İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə ittiham olunur.
İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
347-ci maddəyə əsasən, vəzifəli şəxslər 150 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir.
“AGBank” ASC 9 noyabr 1992-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 103 400 000 AZN olan ASC-nin qanuni təmsilçisi Piriyev Tural Qüdrət oğludur.
“AGBank”ın səhmlərinin 33 faizi keçmiş deputat Çingiz Əsədullayev və ailəsinə məxsus olub. “AGBank” hazırda ləğv prosesindədir. 2020-ci ildə bankın lisenziyası ləğv edilib.
Çingiz Əsədullayev keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla dostdur. O, müsahibələrində bu faktı təsdiqləyib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.