araz.az feso.az-a istinadən xəbər verir ki, hüquqları pozulan yüz minlərlə ailələr Milli Məclisin Sədri Sahibə xanıma Qafarovaya və deputatlara müraciət ünvanlayıblar.
Həmin müraciəti təqdim edirik:
“Bütün hüquqşünaslardan, ziyalılardan və mətbuat nümayəndələrindən xahiş edirik ki, bu HAQQ yolunda bizə dəstək olsunlar.
Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-23-cü illərdə apardıqları elmi- praktik araşdırmalarının nəticəsi kimi Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında 10-dan çox alimin rəyi əsasında yazılmış 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra artıq ziyalılar və hüquqşünaslar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq şəkildə səsləndirirlər.
Hüquqşünaş alimlərin araşdırmasından məlum olur ki, Ramiz Mehdiyev və onun Prezident Aparatında əlaltıları olan məmur və hüquqşünaslar Ulu Öndər Heydər Əliyevin onları ən yaxın və sədaqətli adamları hesab etməsindən sui-İstifadə edərək uzaq hədəf tutan xain və məkirli əməllərini hələ 2000-ci ildə “Özəlləşdirmə Qanunu”nun qəbulu zamanı DEPUTATLARIN hüquqi savadsızlığından istifadə edərək “Özəlləşdirmə Haqqında Dövlət Proqramı”nın qanunla deyil, fərmanla qəbul etdirilməsi olmuşdur.
1993-cü il “Özəlləşdirmə Qanunu”nda açıq şəkildə yazılmışdır ki, “Özəlləşdirmə Dövlət Proqramı” əmlak bölgüsü, əmlak payı və mülkiyyət hüququ ilə əlaqədar olduğundan ancaq və ancaq Qanunla tənzimlənə bilər. Ən əsası isə Ramiz Mehdiyev və bu işdə maraqlı olan məmurlar fərmanda həmin “Dövlət Proqramı”na Konstitusiyaya tam zidd olan maddələr yazaraq, Fərmanın Preambulasında – yəni başında heç bir Konstitusion Əsaslandırma olmadan Ulu Öndər Heydər Əliyevin etibarından istifadə etmiş və imzalatdırmağı bacarmışdılar.
Bu gün niyə məmurlar və siyasətcilər Ulu Öndərin postsovet məkanında aparılan özəlləşdirmə zamanı xalqa qarşı olan ədalətsizlikləri və səhvləri analiz etmək üçün yaratdığı xüsusi komissiyanın qərarlarını, Ali Sovetdə olan müzakirələri və 8 mart 1995-ci ildə Prezident Sarayında Özəlləşdirmə və Özəlləşdirmə Payları barədə Ulu Öndər Heydər Əliyevin tarixi çıxışı zamanı xalqa verdiyi vədləri yaddan çıxarıblar?!
Özəlləşdirmə Payları – Çekləri paylanan zaman qüvvədə olan qanunlarla, xüsusən də şəxsən Ulu Öndərin imzası ilə qəbul olunmuş qanunla dövlətin ən kasıb vaxtında bütün özəlləşdiriləcək orta və iri dövlət əmlaklarının 65%-i dövlət öhdəliyi olaraq vətəndaşlara vəd edilmişdir.
Bilirsinizmi, əziz deputatlar?
Ulu Öndərin imzaladığı qanunla sosial-tarixi ədalət naminə xarici və yerli sahibkarlar vətəndaşlardan özəlləşdirmə Paylarını – Çeklərini alaraq ancaq və ancaq bu əsasla özəlləşdirmədə iştirak edə bilərlər və ən Əsası qanunla Azərbaycan Dövləti özəlləşdiriləcək bütün orta və iri əmlaklardan ancaq ona məxsus olan 35%-i pulla satıb büdcəyə keçirə bilər. Özəlləşdirmə Payları dövlət qiymətli kağızı olan çeklərlə vətəndaşlara veriləndən sonra , yəni dövlət qiymətli kağızları olaraq birincili yerləşdirildikdən sonra qanunlarla qoyulmuş bu qaydaları heç bir fərman və hətta sonradan qəbul olunacaq heç bir qanun Konstitusiyaya zidd olaraq poza bilməz. Yəni heç kim vətəndaşların Qanunla verilmiş miras əmlak payı haqqını poza bilməz!
Əziz Deputatlar, bu, dövlət öhdəliyinin və qaydaların Qanunla qoyulduğundan NİYƏ danışmırsınız?
Bəzi deputatlar bəlkə də hüquqi savadsızlığı ucbatından əvvəllər deyirdilər ki, guya bu çeklər müəyyən bir dövr üçün nəzərdə tutulmuşdur. Yəni bu çeklərin arxasında “heç bir əmlak payı hüququ yoxdur” deyərək xalqı caş-baş salırdılar. YALANDIR! Bu, hansı qanunda yazılıb? Bunu Ulu Öndər nə vaxt deyib, ay vicdansızlar?! Artıq bu hüquqi faktlar barədə Konstitusiya Məhkəməsinin mülki hüquq və konstitusiya hüququ üzrə ekspertləri olan Bakı Dövlət Universitetinin çoxsaylı hüquqşünas alimləri “Youtube” kanallarında da danışırlar və hamı bilir ki, 10-dan çox hüquqşünas alim elmi-praktik olaraq sübut edib. Bu barədə bütün məlumatları 22 may 2023-cü il tarixində “Özəlləşdirmə çekləri” qrupunda olan bir qrup Vətən Müharibəsi veteranları və əmək veteranları 35 deputata, o cümlədən Milli Məclisin 15 Komitə sədrinə də göndərilib.
Əziz Deputatlar, bilirsiniz ki, dövlətin siyasəti onun Konstitusiyası və qəbul etdiyi qanunlardan məlum olur. Həmin dövrdə qəbul olunmuş qanunları icra etmək üçün Ulu Öndərin imzaladığı və bu gündə qüvvədə olan “Özəlləşdirmə Çekləri haqqında Əsasnamə”nin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə ödəmə vasitəsi kimi çeklərin istifadəsindən imtina etmək qəti qadağan olunub.
Bilirsizinmi, niyə?
Diqqətlə qulaq asın. Çünki qanunla dövlət özəlləşdirmə paylarını dövriyyədən çıxarmaq üçün ancaq və ancaq İnvestisiya Fondları yaradaraq vətəndaşların özəlləşdirmə zamanı istifadə edə bilmədikləri özəlləşdirmə paylarını vətəndaşlardan qəbul etməli və onlara divident verməli idi. Bu, qanunla bir dövlət öhdəliyidir. Ulu Öndər xalqa 65%-lik bu miras əmlak paylarını dövlətin ən kasıb vaxtında – büdcədə heç 1 milyard da olmayanda qanunla vermişdir. Bu, bizim ata-babalarımızın və özümüzün qanı-canı və zəhməti hesabına qurulmuş var-dövlətdən düşən miras əmlak payıdır. Kapitalizmdə bizim ailəmizin və övladlarımızın gələcəyinin təminatı kimi qanunla verilmiş əmlak payıdır.
Əziz Deputatlar və Məmurlar!
Siz indi büdcədə və Neft Fondunda milyardlarla pul olduğu halda, vətəndaşlara vəd olunmuş halal miras paylarını fərmanlarla əllərindən alıb satmaqla büdcə doldurmaq istəyirsiniz. Xahiş edirik ki, büdcə müzakirəsi zamanı bu məsələyə mütləq toxunun. Necə olur ki, Beynəlxalq Bankda 3-5 nəfər 10 milyard dollar xalqın pulunu yeyir və dövlət bu pulu büdcədən-Neft Fondundan ödəyir?! Deməli, oliqarx məmurlar 10 milyardlarla pul yeyib 10 il yatıb – milyarder olurlar! Siz də vətəndaşların halal miras əmlak paylarını satıb büdcə doldurmaq istəyirsiniz? Hamınız gözəl bilirsiniz ki, 5-6 deputatı çıxmaq şərti ilə millət vəkillərinin və oliqarx məmurların ailəsi və qohumlarının biznes və əmlaklarının cəm dəyəri 100 milyardlarladır. Əgər sizin hamınızın əlinizdən bu sərvətlərinizi alsalar söyərdinizmi? Qarğış edərdinizmi ? Övladlarınız və özünüz həmin məmurları, deputatları və onların ailəsini intiqam-qisas almaq üçün ölümlə hədələyərdinizmi? Ermənilərdən torpaqlarımızı qan tökərək aldıq. Sizcə, vətəndaşlar öz əmlak paylarını almaq üçün kimlərinsə qanını tökməlidir? Ulu Öndər Heydər Əliyev Konstitusiya və qanunları, beynəlxalq İnsan hüquqlarını pozan, xalqın mənafeyinə xələl gətirən, dövlət siyasətini və xalqa dövlətin öhdəlik vədini pozan belə siyasətçiləri necə cəzalandırardı? Çox xahiş edirik ki, bu ilin sentyabr ayında təcili olaraq Milli Məclisdə müzakirə aparılsın və Milli Məclisdə olan qeyrətli deputatlar oliqarx məmurlardan qorxmadan həqiqətləri Cənab Prezidentə düzgün çatdırsınlar. Çox sağ olsunlar bəzi deputatlar bizim onlara göndərdiyimiz şikayət məktubunu araşdırılması üçün Konstitusiya Məhkəməsinə göndəriblər. Lakin hər gün haqqına çatmadan 30 adamın öldüyünü və bu qanunsuzluqların 13 ildir davam etdiyini nəzərə alaraq hesab edirik ki, bu gün Milli Məclisdə baxılması vacib olan 1 nömrəli məsələdir və Sizlərdən xahiş edirik ki, gec də olsa Milli Məclis adından 22 may 2023-cü il tarixində sizə yazılmış şikayət və xahiş əsasında Konstitusiya Məhkəməsinə bu normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun yoxlanılması ilə bağlı təcili müraciət ünvanlayasınız. Konstitusiya Məhkəməsi tezliklə ədalətli qərar verməsə,vətəndaşlar ATƏT-ə , İnsan hüquqları və korrupsiya məsələləri ilə məşğul olan beynəlxalq təşkilatlara və digər müvafiq qurumlara şikayət etmək məcburiyyətində qalacaqlar.
Əziz Deputatlar gözəl bilirsiniz ki, xalqa qarşı cinayət və mütəşəkkil korrupsiya cinayəti kimi gələcəkdə ağır cinayət kimi qiymətləndiriləcək belə fərmanıları imzalamaq nə Ulu Öndərə, nə də Cənab Prezidentə lazım olmayıb. Çünki onların bir sözü bəs edir ki, istənilən əmlak özəlləşdirilsin. Bir daha hamı bilməlidir ki, RAMİZ MEHDİYEV öz mahir ustalığı ilə ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN və PREZİDENT İLHAM ƏLİYEVİN ona olan TAM ETİMADINDAN XAİNCƏSİNƏ İSTİFADƏ EDƏRƏK oliqarx məmurların, o cümlədən FƏRHAD Əliyev və KƏRƏM Həsənovun – bir qrup mafioz məmurların KORRUPSİON MARAQLARINI TƏMİN EDƏRƏK imzalamağa TƏQDİM ETDİYİ həmin FƏRMANLARA KONSTİTUSİYA VƏ QANUNLARA ZİDD OLAN və PREZİDENT SƏLAHİYYƏTLƏRİNƏ AİD OLMAYAN BƏZİ MADDƏLƏR ƏLAVƏ etməklə, İMZALATDIRMAĞA NAİL OLMUŞDURLAR. Ən Əsası ondan ibarətdir ki, heç hüquqşünaslarla da məsləhətləşmə aparılmadan bu çirkin və məkirli əməlləri təsdiq edən həmin fərmanların başında-preambulasında Konstitusiya qanuna uyğun olaraq konstitusion əsaslandırma da yazılmamışdır.
Artıq bəzi YAP-çı deputatlar, YAP Siyasi Şurasının üzvləri, YAP-çı hüquqşünas alimlər və YAP-çı iqtisadçı alimlər bu hüquqi səhvlərin tezliklə Konstitusiya Məhkəməsi tərəfindən aradan qaldırılacağını əminliklə söyləyirlər və xalqı inandırmağa çalışırlar ki, Ulu Öndərin 100 illiyi ərəfəsində bu məsələ öz həllini tapacaq və tezliklə haqqı pozulmuş yüz minlərlə ailələr sevinəcəklər. Sizcə Konstitusiya Məhəməsində işləyən Ramiz Mehdiyevlə əlaqəli hakimlərin 3 aydır bu işi uzatmasında məqsədləri Nədir? Çox güman ki, məqsəd 1 milyon vətəndaşı dövlətdən və Cənab Prezidentdən narazı salmaq və sosial gərginlik yaratmaqdır. Ya da məsələni uzadaraq siyasiləşdirmək…
Diqqət edin!
Bu haqda Cənab Prezident gələcəkdə xaricdə çıxışları zamanı investisiyalar və insan hüquqlarından danışanda kimlərsə belə bir sual verə bilər. Cənab Prezident hansı səbəbdən siz öz vətəndaşlarınızın mülkiyyətlə əlaqəli konstitusion hüquqlarını öz fərmanlarınızla pozursunuz və ancaq bizi hər
şey yaxşıdır deyərək ölkənizə dəvət edirsiniz? İnvestisiya qoymağa çağırırsınız. Azərbaycan xalqı gözəl bilirik ki, hansısa əmlakı özəlləşdirmək üçün cənab prezident İlham Əliyevin bir sözü bəs edir və bunun ücün Prezidentin Konstitusiyanı pozan və cinayət məsuliyyəti yaradan hansısa bir fərmana qol
çəkməsinə heç bir ehtiyacı yoxdur.
Əziz Deputatlar,
Bu gün bəzi deputatlar və oliqarx məmurlar sizləri susmağa məcbur etmək üçün Prezidentin Vətən Müharibəsi zamanı dediyi “Mən hər şeyi bilirəm və nəyi nə vaxt edəcəyimi də yaxşı bilirəm” ifadəsini Prezidentin əleyhinə olan əsas bir arqumentə çevirirlər. Əlbəttə, Prezident hər şeyi vaxtında bilməlidir ki, nəyi vaxtında etməyi də – dediyi kimi – vaxtında olsun! Ancaq bu məmurlar Cənab Prezidentə vaxtındamı məlumat verirlər və ən əsası düzgünmü məlumat verirlər? Əgər bu günə qədər 13 ildir düzgün məlumat verməyiblərsə, kim qarant verə bilər ki, İndi düzgün məlumat verəcəklər? “İnsanlar haqqını tələb etməlidir və necə tələb etməyi bacarmalıdır” – bu, cənab prezidentin sözləridir.
Əziz deputatlar, biz əslində təkcə tarixi-sosial ədalətin bərpasını və xalqın haqqını deyil, həm də prezidentin şərəf və ləyaqətini müdafiə edirik. Düzdür, bu qanunsuzluqlar və Konstitusiya pozuntusu barədə tam araşdırma ancaq 2022-ci ildə hüquqşünas alimlərin məlumat verdiyi andan sonra hamıya məlum oldu. Bəs onda oliqarx məmurların indi Cənab Prezidentdən bu faktları gizlətməsində məqsədləri nədir? Rəhmətlik Ulu Öndərin ən çox sevdiyi mahnıların birində deyilirdi: “İnsanlara Sağlığında qiymət verin”. Cənab Prezident bilirmi ki, Ramiz Mehdiyevin hazırladığı bu fərmanların heç
birinin preambulasında Konstitusion əsaslandırma yoxdur və bu fərmanlarla olan hüquq pozulması haqqında şikayətlər müddətsizdir və ən əsası xalqa qarşı mütəşəkkil ağır korrupsiya cinayəti hesab olunur?! Vətəndaşların 22 may 2023-cü ildə Konstitusiya Məhkəməsinə olan müraciətini Cənab Prezidentdən gizlətməklə bəzi məmurlar İşi uzadaraq Cənab Prezidentin bu İşdən tam xəbəri olduğunu və bu çirkin oyunda Prezidentin Şəxsən başda durduğunun sübutu kimi görsətməyə çalışırlar. Çünki onlar əmindir ki, vaxt uzandıqca xalq fikirləşir ki, əgər Prezident bu qanunsuzluqları və atası Ulu Öndərə inanıb çeklərini satmayan vətəndaşlardan hər gün 30-nun dünyasını dəyişdiyini bilirsə, deməli, doğurdan da bu cinayətin başında Ramiz Mehdiyev yox, Prezidentdir.
Biz inanırıq ki, xalqımızın qeyrətli oğlu Cənab Prezidentin qünyagörüşü, Müzəffər Ali Baş Komandan kimi fəlsəfəsi, atasına, dövlətinə və xalqına olan sevgisi daimidir və onun bu hüquqi faktlardan tam xəbəri olan günü bu məsələ öz həllini tapacaq. 13 ildir yüz minlərlə ailə Ramiz Mehdiyevin və Prezident Aparatı hüquqşünaslarının səhvləri və səhlənkarlıqları nəticəsində yaranmış bu hüquqi problemin ağır nəticələrini görür. Statistikaya görə, öz halal miras əmlak paylarını almadan, ümid və arzularını axirətə aparanların sayı hər il 12 mindir. Yəni hər gün Ramiz Mehdiyev və onun adamları tərəfindən haqqı tapdalanmış 30 adam arzusuna çatmadan ölür.
Bir milyon vətəndaş inanır ki, Ulu Öndər Heydər Əliyevin 100 illiyinin yubileyi olan 2023-cü il qanunların və ədalətin zəfər ili olacaq. İnanıriq ki, bu dəfə Milli Məcilisin sədri Sahibə Qafarova hüquqşünas
deputatlarla məsləhətləşib müraciətimizi İqtisadiyyat nazirinə, yox Konstitusiya Məhkəməsinə göndərəcək.
Əziz Deputatlar, bəziləriniz hələ 2000-ci ildə də deputat idi və həmin dövrdə İkinci “Özəlləşdirmə Qanunu”na Konstitusiyaya zidd maddələr yazılmasında – rəhmətlik Milli Məclisin Sədri və Bakı Dövlət Universitetinin Konstitusiya Hüququ kafedrasının müdiri olmuş Murtuz Ələsgərovun, həmin
dövrdə onun müavini olmuş hüquqşünas Ziyafət müəllimin və başqa hüquqşünasların, o cümlədən Konstitusiya Məhkəməsinin sabiq sədrinin səhvləri və laqeydliyi əsas rol oynayıb. Bu səbəbdən xalqın adamları kimi, səhvləri aradan qaldırmaq üçün Konstitusiya Məhkəməsinə Milli Məclis adından sorğu ilə müraciət etmək hamınızın mənəvi borcudur.
35 deputata, o cümlədən 15 komitə sədrinə 22 may 2023-cü ildə yazılmış müraciətdə bu barədə ətraflı yazılıb. Əziz deputatlar bilməlisiniz ki, əmlak bölgüsü, əmlak payı və mülkiyyət hüququ ilə əlaqəli məsələlər ancaq qanunla həll olunur və bu tip məsələlər Konstitusiya ilə Prezidentin səlahiyyətlərinə aid deyil.
Əziz Deputatlar
Bir daha deyirik ki, Özəlləşdirmə Payları və bu mülkiyyət hüququnu təsdiq edən Dövlət Özəlləşdirmə Çekləri qanunla verilib və heç bir fərman bu miras əmlak payları verilən zaman qüvvədə olan qanunlarla verilmiş dövlət öhdəliyini və hüquqları poza bilməz. Fərman nə hüquq verə bilər, nə də qanun və Konstitusiya ilə verilmiş hüquqları ləğv edə bilər!
Bəzi deputatlar və məmurlar guya “vətəndaşların hüquqlarını müdafiə edirlər” adı ilə hakimiyyətə belə bir mesaj verirlər ki, bu insanları birtəhər yola vermək lazımdır. Sizcə, bunlar bizi dilənçi və ya yolçumu sayırlar? Yoxsa Ulu Öndər Heydər Əliyevin dövlət tərəfindən ölkənin ən kasıb vaxtında Sovetdən qalmış
bütün özəlləşdiriləcək miras əmlakların 65%-nin xalqa qanunla verilməsinin bir dövlət siyasəti və dövlət öhdəliyi kimi qanunlarla vəd oldunduğunu unudublar. Qanunla inflyasiyadan qorunan hər özəlləşdirmə payının 20 000 ABŞ dolları miras əmlak ekvivalentində olması barədə çoxsaylı hüquqşünas alimlərin, hətta YAP-çı hüquqşünas və YAP-çı iqtisadçı alimlərin elmi – praktik araşdırmaları
barədə, bu faktların 1 ildir mətbuatda və “Youtube” kanallarında işiqlandırılmasından heçmi xəbərləri yoxdur? Hamı bilməlidir ki, əmlak payı bölgüsü və Əmlak Payının dəyəri ancaq o dövrdə qəbul olunmuş qanunlarla, yəni Konstitusiya və həmin qanunlara uyğun olaraq aparılmalıdır.
Ulu Öndər kapitalizmdə mülkiyyət və əmlak məsələlərinin necə incə bir iş olduğunu çox gözəl bilirdi. Düzgün aparılmayan əmlak bölgüsü gələcəkdə 100 minlərlə vətəndaşın sahibkarlara və məmurlara qarşı nifrətinin və arzuolunmayan hərəkətlərinin təməli deməkdir. Bizim və bəzi deputatların Konstitusiya Məhkəməsinə müraciətimizdən 3 ay vaxt keçdi. Qanunla onlar bizə 10 gün müddətində cavab verməli idi. 13 ildir xalqın əmlakları qeyri-qanuni şəkildə satılır və hər gün 1 milyon özəlləşdirmə paylarını
ümidlə saxlayıb satmayan 30 adam ölür.
Əziz Deputatlar,
Bu gün Milli Məclisdə və Konstitusiya Məhkkəməsində baxılması ücün bundan vacib iş nə ola bilər?!”.
Özəlləşdirmə çekləri ilə bağlı geniş məlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz:
https://m.facebook.com/groups/668471343515846/posts/1577668382596133/
Konstitusiya Məhkəməsinin ekspertlərinin araşdırmasına qulaq asmağınızı tövsiyə edirik:
araz.az xəbər portalı.
araz.az xəbər portalı.