araz.az xəbər verir ki, Qərbi Azərbaycan İcmasının Azərbaycan Respublikasının rayonları üzrə nümayəndəliklərinin təşkilatlanması davam edir. İcmanın Bakının Nizami rayonu üzrə nümayəndəsi Xaqani Səfərovun təşəbbüsü ilə rayonun Keşlə qəsəbəsində Qərbi Azərbaycandan olan soydaşlarımızla görüş keçirilmişdir.
Deportasiya.az xəbər verir ki, iclası giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının Nizami rayon üzrə nümayəndəsi Xəqani Səfərov tədbir iştirakçılarına İcmanın sədri, millət vəkili Əziz Ələkbərlinin salamını çatdırmış, Qərbi Azərbaycan İcmasının fəaliyyəti, rayon və kənd icmalarının yeri və rolu haqqında, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası ilə bağlı geniş məlumat vermişdir.
Daha sonra Nizami rayonu İcra Hakimiyyətinin məsul işçisi Mürvət İbrahimov çıxış edərək, ermənilərin saxta tarixinin ifşa edilməsinin vacibliyini vurğulayıb. Rayon İcra Hakimiyyəti olaraq bu istiqamətdə Qərbi Azərbaycan İcmasına əllərindən gələn dəstəyin göstərilməsinə hazır olduqlarını bildirib.
Tədbir iştirakçıları çıxış edərək öz təkliflərini bildirib, İcmanın üzərinə düşən vəzifələrin həyata keçirilməsi üçün əllərindən gələni edəcəklərini bildiriblər.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.