Sumqayıtda yeraltı kabeldə qəza baş verdikdən dərhal sonra dairəvi sistem üzrə alternativ xətlə əraziyə elektrik enejisi ötürülüb.
araz.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən bildirilib.
“Səhmdar Cəmiyyətin təmir-bərpa briqadaları ərazidə qəzanın nəticələrini aradan qaldırmaqla məşğuldur. Hazırda həm həmin ərazidə, həm də ölkənin digər regionlarının keyfiyyətli və dayanıqlı elektrik enerjisi təchizatı davam etdirilir. Abonentlərdən xahiş edirik ki, qarşılaşdıqları kəsinti və qəza halları ilə bağlı 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar”, – məlumatda deyilir.
***
Sumqayıtda yeraltı kabelin partlaması nəticəsində şəhərin bir hissəsi işıqsız qalıb.
araz.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda, Babək küçəsində qeydə alınıb.
Əraziyə FHN-nin və Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları cəlb olunub.
Partlayışın səbəbləri araşdırılır.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.