Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyindən araz.az-a daxil olan məlumata görə, bu qurum, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilən tədbirlər çərçivəsində öz yaddaqalan işlərini davam etdirir. Məlumatda qeyd olunub ki, Agentlik tərəfindən Ulu Öndərin adını daşıyan, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş də təşkil edilərək, dahi şəxsiyyətin xatirəsi dərin ehtiramla anılıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.