Astarada 15 min əhalinin yaşadığ 40 kəndlə əlaqə kəsilib.

araz.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Astara Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov bildirib.

Onun sözlərinə görə, İntensiv yağan yağışlar Astara rayonunda ciddi fəsadlar törədib.

“Yağışlar nəticəsində baş verən sel suları Astara rayonunun Vaqu kəndində uzunluğu 25 metr eni isə 10 metr olan dəmir körpünü dağıdıb. Nəticədə 15 minə yaxın əhalinin yaşadığı 40 kəndlə əlaqə kəsilib. İntensiv yağışlar işlərin sürətli aparılmasına da imkan vermir, hələ ki kəndlərlə əlaqəni bərpa etmək üçün alternativ yol yoxdur. Aidiyyatı qurumların əməkdaşları tərəfindən bu istiqamətdə işlər görülür”, – deyə o, əlavə edib.

A.Mahmudov qeyd edib ki, dağ kəndləri olan 16 kənd arasındakı yollarda da sürüşmə hadisələri baş verib və kəndlər arası əlaqə kəsilib.

“Eyni zamanda Ərçivan çayının daşması nəticəsində 160-a yaxın ev su altında qalıb, onlardan 37 evin sakinləri təxliyyə olunub. Digər sakinlər də hissə-hissə təxiyə olunur. Hava pronozları da yağışların davam edəcəyini göstərir, bu da yenidən sel təhlükəsini artırır”.

Qeyd edək ki, ölkə ərazisində yağan intensiv yağışlar çaylarıdan sel keçməsinə səbəb olub.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.