“Vaqner” özəl hərbi təşkilatının sabiq rəhbəri Yevgeni Priqojinin xanımı Lubov Priqojin keçmiş ərinin soyadından imtina edib.
araz.az “Fontanka” portalına istinadən xəbər verir ki, o, öz qızlıq soyadını geri qaytarıb və şəxsiyyət vəsiqəsində məlumatlarını Kryajeva Lyubov Valentinovna olaraq dəyişdirib. Bu, onun idarə etdiyi şirkətlərin sənədlərindən məlum olub.
Məlumatda bildirilir ki, bu bilgi sentyabrın 15-də edilsə də, dəyişikliyin nə vaxt olduğu məlum deyil.
Qeyd edək ki, Yevgeni priqojin avqustun 23-ü Tverdə təyyarə qəzası həyatını itirib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.