Xaçmazda 4 gün öncə uçan Qudyalçay körpüsü göstərdi ki, Azərbaycanda tikilən körpülər təhlükəsizlik standartlarına heç də tam cavab vermir. Proses onu deməyə əsas verir ki, körpülərin təhlükəsizliyilə bağlı lazımi addımlar atılmasa, anoloji hal digər körpülərlə bağlı da baş verə bilər.

araz.az bildirir ki, İqtisadçı ekspert Fuad İbrahimov Valyuta.az-a açıqlamasında bildirib ki, körpülərin uçması hadisəsi prosesə nəzarət etməli olan Fövqəladə Hallar Nazirliyinin problemə ciddi yanaşmamasının nəticəsidir:

“Hökumət körpülərin bərpa və təmiri üçün vaxtaşırı kifayət qədər vəsait ayırır. Bu da o deməkdir ki, körpülərin təhlükəsizliyinin aşağı səviyyədə olmasında vəsait çatışmamazlığı amili istisnadır. İstər yeni, istər köhnə körpülər daim yoxlanılmalıdır. Çünki bütün çaylar ətrafında tikinti-inşaat materialları üçün çınqıl istehsal edən kifayət qədər çay-daş karxanaları fəaliyyət göstərir. Daş karxanaları isə öz fəaliyyətlərilə çayın məcrasını dəyişdirir. Nəticədə körpülərə normativdən artıq yük düşür. 20-30 ildir ki, bu məsələlər dəfələrlə qaldırılıb, amma nəticə yoxdur. Körpülər bir günün içində uça bilməz. Azərbaycanda güclü sel hadisələri müşahidə edilmir. Ölkəmizdə Tailand, Hindistan və ya Cənubi ABŞ-da olduğu kimi güclü leysan yağışları yağmır. Bu mənada körpülərin dağılması hadisəsi yerli dövlət nəzarət orqanları tərəfindən problemin qiymətləndirilə bilməməsindən qaynaqlanır”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.