bosanma.jpg

Ötən il Azərbaycanda rəsmi şəkildə 61 939 nikah, 15 983 boşanma qeydə alınıb.

araz.az xəbər verir ki, ölkə üzrə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 6,1, boşanmaların sayı isə 1,6 olub.

Qeyd edək ki, bəzi rayonlarda boşanmaların sayı ölkə üzrə qeydə alınan orta göstəricindən yüksək, bəzi rayonlarda isə aşağı olub.

Azərbaycanda ən çox boşanma Naftalan şəhərində qeydə alınıb. Naftalanda hər 1000 nəfərə düşən boşanmaların sayı 2,8 olub.

Ölkə üzrə qeydə alınan ən çox boşanma (hər 1000 nəfərə düşən say) aşağıdakı şəhər və rayonlarda qeydə alınıb:

Naftalan – 2,8
Zəngilan – 2,6
Xocalı – 2,5
Mingəçevir –2,3
Qubadlı – 2,3
Ağdam – 2,2
Kəlbəcər – 2,1
Şirvan – 2,1
Füzuli – 2
Cəbrayıl – 2

Ölkə üzrə qeydə alınan ən az boşanma (hər 1000 nəfərə düşən say) isə aşağıdakı şəhər və rayonlarda qeydə alınıb:

Lerik – 0,6
Ordubad – 0,6
Yardımlı – 0,6
Cəlilabad – 0,8
Qobustan – 0,8
Biləsuvar – 0,9
Abşeron – 0,9
Şərur – 1
Qəbələ – 1
Sədərək – 1,1
Babək – 1,1
Sabirabad – 1,1
Astara – 1,1
Saatlı – 1,1
Kürdəmir – 1,1
Şəmkir – 1,1
Ağcəbədi – 1,1

/Ekonominfo.az /

araz.az xəbər portalı.

araz.az xəbər portalı.