Qərbi Azərbaycan İcması Avropa İttifaqının ali nümayəndəsi Cozef Borelin qərəzli açıqlamasını qətiyyətlə rədd edir.

Bu barədə araz.az-a Qərbi Azərbaycan İcmasından bildirilib.

Qeyd edilib ki, əslində, C.Borel xüsusilə bu gün törədilmiş mina terrorunu pisləməli, Ermənistan silahlı qüvvələrinin qalıqlarının Azərbaycanın suveren ərazilərindən çıxarılmasına, qanunsuz erməni silahlı dəstələrinin tərk-silah olunmasına, oyuncaq xunta rejiminin ləğv edilməsinə çağırmalı idi.

“C.Borel belə mövqe ilə Avropa İttifaqını Azərbaycan cəmiyyətində gözdən salır”, – deyə məlumatda vurğulanıb.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.