Qərbi Azərbaycan İcması Almaniya Federativ Respublikasının Xarici İşlər naziri Annalena Berbokun qərəzli açıqlamasını qətiyyətlə rədd edir.
Bu barədə araz.az-a İcmadan bildirilib.
Qeyd olunub ki, Almaniya Xarici İşlər naziri bu gün törədilmiş mina terrorunu pisləməli, Ermənistan silahlı qüvvələrinin qalıqlarının Azərbaycanın suveren ərazilərindən çıxarılmasına, qanunsuz erməni silahlı dəstələrinin tərk-silah olunmasına, oyuncaq xunta rejiminin ləğv edilməsinə çağırmalı idi.
“Bundan əlavə, xatırladırıq ki, Almaniya Ermənistandan azərbaycanlıların total etnik təmizləməyə məruz qalmasına və Ermənistan hökumətinin onların geri qayıtmasına imkan verməməsinə hələ də münasibət bildirməyib.
Nazir Berbokun məsələlərə dini və etnik təəssübkeşlik prizmasından baxması yanlışdır, davamlı sülhün və insan hüquqlarına hörmətin bərqərar edilməsinə əngəl törədir”, – deyə İcmanın məlumatında vurğulanıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.