araz.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 2020-ci ildə Türkiyədə qətlə yetirilmiş məşhur “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) bacısı oğlunun da olduğu avtomobil güləbaran edilib.

Hadisə dünən yerli vaxtla gecə saat 22.30 radələrində Antalyanın Beylikdüzü Kavaklı küçəsində baş verib.

Nadir Səlifovun bacısı oğlu Maqamet Kurbanov, təqaüdçü polislər Yılmaz Dəmir, Mehmet Acermen və Gürcüstan əsilli İsrafil Orucovun olduğu avtomobil təqib edilib. Bir müddət sonra müəmmalı şəxslər maşına yaxınlaşaraq ona dəfə atəş açmağa başlayıblar. 19 güllə dəymiş nəqliyyat vasitəsi yol nişanı dirəyinə çırpılaraq dayanıb.

Avtomobildə olan təqaüdçü polis Yılmaz Dəmir həyatını itirib. Maqamet Kurbanov, Mehmet Acermen və İsrafil Orucov isə yaralanıb.

Hadisə yerinə çoxlu sayda polis və tibb briqadası göndərilib. İlkin tibbi yardım göstərildikdən sonra yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Həyatını itirən təqaüdçü polis əməkdaşının cəsədi təcili yardımla Ədliyyə Tibb Morquna göndərilib.

Hadisə ilə bağlı Türkiyə hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.