“Rəşadətli Ordumuz qanunsuz erməni silahlılarını Azərbaycandan çıxarmaq öhdəliyini özü yerinə yetirdi”.
araz.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İngiltərənin “BBC World News” telekanalının canlı efirində deyib.
O vurğulayıb ki, Azərbaycanın suveren ərazisindəki qanunsuz erməni hərbi kontingentinin buraxılması və tərksilah edilməsi ilə bağlı əvvəllər əldə edilmiş razılıq Ermənistan və Azərbaycan arasında sülh prosesinin daha da irəliləyişinə mühüm təkan olacaq, eyni zamanda Yevlaxdakı bugünkü görüş isə Qarabağ bölgəsinin erməni əhalisinin Azərbaycanın hüquqi sahəsinə dinc reinteqrasiyasının başlanğıcını qoyacaq.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.