fazil mustafa 02541526632874

“Biz Qarabağda Azərbaycanın konstitusion quruluşunu bərpa edib yerli erməni əhalisi ilə inteqrasiya problemlərini çözəcəyik”.

araz.az xəbər verir ki, bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Yevlax şəhərində Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə keçirilən görüş barədə danışarkən deyib.

Onun sözlərinə görə, baş tutan görüş Azərbaycanın bu problemlə bağlı ən mühüm mərhələyə yekun vurduğunu göstərir.

“Görüşdən xüsusi nəticə gözləmək doğru deyil. Çünki ermənilərin bu görüşə gəlməyi özü elə ayrıca faktdır. Artıq görüş başa çatıb və şərtlər qarşı tərəfə təqdim edilib. Onlar icma olaraq şərtləri müzakirə edib qəbul etməlidir. Şərtlərimiz qəbul edilsə, hər hansı bir problem qalmır. Erməni tərəfi hər halda tələbləri çatdırdıqdan sonra ola bilsin ki, Xankəndidə və ya başqa bir yerdə növbəti görüşlərimiz baş tutsun. Biz məsələləri orada yoluna qoya bilərik”, – deyə F.Mustafa qeyd edib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.