“Biz sülh gündəmini dəstəkləyirik və hesab edirik ki, iki ölkə arasında sülh müqaviləsinin tez bir zamanda yekunlaşdırılması region üçün daha yaxşıdır”.

araz.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev “Euronews”a müsahibəsində deyib.

O, ilk olaraq antiterror tədbirinin mahiyyətindən söz açıb və bunun məhdud xarakter daşıdığını vurğulayıb:

“Nəticədə hərbi infrastruktur böyük ölçüdə zərərsizləşdirilib. Bu gün biz qısamüddətli antiterror tədbirinin dayandırıldığını deməkdən şadıq. Onlar öz silahlı qüvvələrini ərazidə tərksilah edirlər. Azərbaycan öz niyyətini çox açıq şəkildə bildirdi ki, əgər onlar hərbi birləşmələri tərksilah etsələr və ya tərksilah etmək qərarına gəlsələr, Azərbaycan bu antiterror tədbirini dayandırmağa və Yevlağa və Azərbaycanın bəzi digər şəhərlərinə dəvət etdiyimiz Qarabağ ermənilərinin sakinlərinin nümayəndələri ilə dərhal təmaslara başlamağa hazırdır. Dünən isə Azərbaycan Prezident Administrasiyası bir daha bəyanatı ilə çıxış etdi və bizim onları reinteqrasiyaya dəvət etdiyimizi təkrarladı”.

H.Hacıyev vurğulayıb ki, Azərbaycan da Qafqazın inteqrasiya olunmuş region konsepsiyasını dəstəkləyir:

“Bu proses çərçivəsində qonşu dövlətlər də mehriban qonşuluq münasibətlərinə can atmalıdır”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.