Putin-tayqa.jpgRusiya prezidenti Vladimir Putin sentyabrın 29-nu, şənbə gününü tayqada keçirib.

Reyting.az bildirir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Vladimir Putin Düşənbədən qayıdanda Xakasiyada dayanıb, şənbə gününü tayqada qısa istirahət etməklə keçirib”, – bunu söyləyən Peskov əlavə edib ki, prezident bundan sonra Soçiyə gedib.

Qryd edək ki, Putin Tacikistan paytaxtına MDB dövlət başçılarının sentyabrın 28-də keçirilən sammitində iştirak etmək üçün getmişdi.

 

araz.az xəbər portalı.