manatlar2 1

Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsi (xərcləri) 36 milyard 624,8 milyon manat təsdiq edilib. 2024-cü ilin dövlət büdcəsinin 36 milyard 355 milyon manat, 2027-ci ildə isə 39 milyard 660,9 milyon manat nəzərdə tutulur. 

Bu barədə araz.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Gələn il dövlət büdcəsi cüzi kiçiləcək.

2023-cü ildə dövlət büdcəsinin gəlirləri 33 milyard 890,5 milyon manat təsdiq edilib. Dövlət büdcəsinin gəlirlərinin 2024-cü ildə 33 milyard 765 milyon manat  2027-ci ildə 37 milyard 71,1 milyon manat olacağı nəzərdə tutulur.

Büdcə kəsiri qarşıdakı illərdə çox dəyişməyəcək. 2023-cü ildə 2 milyard 734,3 milyon maant olacağı gözlənilən kəsirin gələn il 2 milyard 590 milyon manat, 2025-ci ildə 2 milyard 891,5 milyon manat, 2027-ci ildə isə 2 milyard 589,8 milyon manat olacağı proqnozlaşdırılır.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.