Xankəndidə yaradılan işçi qrup 19-20 sentyabr tarixlərində aparılmış antiterror tədbirləri zamanı ölən şəxslərin dəfn mərasimlərinin təşkilinə başlayıb.
araz.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Qeyd edilir ki, işçi qrup hazırda ölən və yaralananlarım şəxsiyyətini, sayını müəyyənləşdirməyə çalışır.
Qeyd edək ki, Qarabağ ermənilərinin nümayəndələri indiyədək Azərbaycanın antiterror tədbirləri zamanı ölən və yaralanan separatçıların sayı ilə bağlı müxtəlif rəqəmlər səsələndiriblər. Ölənlərin gah 200, gah da 400 olduğu iddia edilib. Hələ ki, dəqiq rəqəm söylənilməyib. /savash.org/
araz.az xəbər portalı.
araz.az xəbər portalı.